resepti.local » Resept » Krevetkalı spagetti resepti
Krevetkalı spagetti resepti

Krevetkalı spagetti resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Krevetkalı spagetti resepti

Tərkibi:
1 paçka spagetti
0,5 kq krevetka
1 kök
1 baş soğan
2 diş sarımsaq
1 bolqar bibər
3 x.q. zeytun yağı

Hazırlanması:
Spagettini adi qaydada bişirib süzürük. Mən cəmi 8 dəqiqə bişirirəm, çox bişirəndə bir birinə yapışır.
Krevetkaları təmizdəyirik, yaxşı yuyuruq.
Baş soğanı orta kəsirik. Sarımsağı xırda kəsirik. Zeytun yağında sarımsağı və baş soğanı qızardırıq. İçinə sürtkəcdən keçirilmiş kök əlavə edirik. Bibəri uzunsov və nazik kəsib əlavə edirik. Tərəvəzdər qızaranda krevetkaları əlavə edirik və 3-5 dəq. qızardırıq.
Krevetkalar çox qızaranda bərk olur. Ona görə bu vaxtdan çox qızartmayın.
Duz, istiot əlavə edirik. Bişmiş spagettinin üsdünə əlavə edirik.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür