resepti.local » Resept » Kus-kuslu quzu əti resepti
Kus-kuslu quzu əti resepti

Kus-kuslu quzu əti resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Kus-kuslu quzu əti resepti

Tərkibi:
2 stakan kus kus
300 qr. quzu əti (sümüksüz)
2 baş soğan
2 diş sarımsaq
2 kök
1/2 ç.q. paprika
1/2 ç.q. sarıkök
1/2 ç.q. darçın.
1/2 ç.q. cirə
duz
zeytun yağı
30 qr. kərə yağı

Hazırlanması:
Soğanı uzunsov doğrayırıq.Kökü yarıdan bölüb kəsirik.Sarımsağı xırda kəsirik. Hamısını zeytun yağında qızardırıq. Ayrı tavada qızğın tavada quzu ətini 3 dəq. qızardırıq və ora əlavə edirik. Ədviyyatları əlavə edib yaxşı qarışdırırıq. Az xodda 10 dəq. bişiririk.
Kus kus nədir? Bərk buğda növündən əmələ gəlir, çox faydalıdır. Balaca ağ rənqdədir.
Kus kusu düzqün bişirmək lazımdır. Əsl kus kus buğda bişməlidir. Məsələn qazanda su qaynadın, kus kusu isə üsdən qoyun narın süzqəcin içinə yumuşalana kimi bişirin. Duz və kərə yağı əlavə edin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür