resepti.local » Resept » Çökərtmə kababı resepti
Çökərtmə kababı resepti

Çökərtmə kababı resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: 2-4

Çökərtmə kababı resepti

Tərkibi:
500 qr. quzu və ya mal əti (sümüksüz)
500 qr. kartof

Basdırma üçün:
1 baş soğan
50 ml. günəbaxan yağı
1 x.q. üzüm sirkəsi
1 ç.q. kəklik otu
1/2 ç.q. cirə
duz
istiot
pul bibər zovgə görə

Birinci sous üçün:
qatıq
sarımsaq

İkinci sous üçün:
2 pomidor
1 x.q. tomat
2 x.q. günəbaxan yağı
duz

Hazırlanması:
Ətləri uzunsov və nazik doğrayırıq. Soğanı yarıdan bölüb nazik doğrayırıq.
Əti soğanla yaxşı qarışdırırıq. Basdırma üçün yazdıqlarımı hamısını qatıb üstünü bağlayırıq və 2-3 saat soyuducuda saxlayırıq.
Kartofları uzun uzun doğrayıb bol yağda qızardırıq. Fri kimi olmalıdır.
Basdırma olan əti soğanlardan ayırıb qızğın tavada kərə yağında qızardırıq. Ət tez bişəcək çünki basdırma olub.
Birinci sous. Qatığın içinə sarımsağı sıxın qarışdırın.
İkinci sous. Pomidorun qabığını soyun, kəsin. Yağda qovurub tomat pastası əlavə edin. Hazır sousa duz əlavə edin.
Hər şey hazır olandan sonra yeməyimizi düz yığaq. Əvvəl boşqaba kartofları düzün sonra qatıqlı sousu sonra pomidor sousu və sonda ətləri.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür