resepti.local » Resept » Çökərtmə kababı resepti
Çökərtmə kababı resepti

Çökərtmə kababı resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: Yox

Çökərtmə kababı resepti

Tərkibi:
mal əti
1 ç.q. kəklik otu
1 ədəd baş soğan
4 x.q. duru yağ
duz, istiot
kartof

Pomidor sousu üçün:
2 ədəd pomidor
1 x.q. tomat

Üzəri üçün:
qatıq

Hazırlanması:
İlk öncə əti uzunsov formada doğrayıb, üzərinə duz, istiot, yağ, kəklik otu, uzunsov doğranmış soğan əlavə edib, qarışdırırıq və 2-3 saat soyuducuda saxlayırıq. Soyuducudan çıxardıqdan sonra əti öz suyunda bişiririk. Suyu çəkildikdə yağ töküb, vam odda bişirməyəy davam edirik. Digər tərəfdə kartofları uzun-uzun doğrayırıq və duzlayıb, bol yağda qızardırıq.
*Qeyd. Zövqə görə kartof əvəzinə xırda doğranmış qızardılmış çörək də istifadə etmək olar.
Boşqaba öncə qızarmış kartofu düzüb, üzərinə qatıq, pomidor sousu və ən sonda əti töküb, süfryə verə bilərik.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür