resepti.local » Resept » Krevetkalı kəsmikli qəlyanaltı resepti - FOTO RESEPT
Krevetkalı kəsmikli qəlyanaltı resepti - FOTO RESEPT

Krevetkalı kəsmikli qəlyanaltı resepti - FOTO RESEPT

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Krevetkalı kəsmikli qəlyanaltı resepti - FOTO RESEPT

Tərkibi:
1 ədəd xiyar
100 qr kəsmik
50 qr krevetka
1 dəstə şüyüd
50 qr qızıl balıq

Hazırlanması:
Xiyarları şəkildəki formada soyur və doğrayırıq. Daha sonra onu hissələrə bölürük.

Krevetkalı kəsmikli qəlyanaltı resepti - FOTO RESEPT



Daha sonra isə krevetkaları qaynadırıq. Həmçinin şüyüdü doğrayır və kəsmiklə qarışdırırıq. Bişdikdən sonra krevetkaları xırda formada doğrayır və qarışımın üzərinə əlavə edirik.







Daha sonra ilk addımda doğradığımız xiyarın üzərinə konservləşdirilmiş qızıl balığını qoyur və qarışımı əlavə edərək dairəvi halda saxlayırıq. Və xiyarların içinə doldururuq.



Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür