resepti.local » Resept » Badımcanlı sandwich resepti
Badımcanlı sandwich resepti

Badımcanlı sandwich resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Badımcanlı sandwich resepti

Tərkibi:
4 dilim çörək
1 orta boy badımcan
2 pomidor
1/2 yaşıl bolqar bibər
1/2 narıncı-sarı bolqar bibər
reyhan (qara və ya ağ)
2 dilim holland pendiri
2 x.q. qaymaqlı pendir (philadelphia, hochland)
qızartmaq üçün bitki yağı

Hazırlanması:
1.Badımcanı kəsib acılığı çıxardırıq. Nazik və uzunsov kəsib bitki yağında qızardırıq. Salfetə yığırıq ki, artıq yağı çəkilsin.
2.Çörəkləri tavada biraz qızdırırıq. İki çörəyin üstünə qaymaq pendiri çəkirik.
3.Pendir çəkilmiş çörəklərin üstünə badımcan dilimi qoyuruq. Üstünə xalqa doğranmış pomiror və bibərləri qoyuruq. Reyhanla bəzəyirik. Sonda holland pendiri dilimi ilə örtürük və üstündən qalan çörəyi qoyuruq

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür