resepti.local » Resept » Kinoalı kotlet resepti
Kinoalı kotlet resepti

Kinoalı kotlet resepti

Mətbəx: Yoxdu
Kateqoriya: quru yeməklər
Porsiya: Yox

Kinoalı kotlet resepti

Tərkibi:
2 stəkan kinoa
1/2 stəkan çörək suxarisi
1 ədəd yumurta
2 x/q doğranmış yaşıl soğan
1 ədəd yerkökü
1 ç/q duz
1/2 ç/q qara istiot
1 ç/q qırmızı bibər
1 ç/q sarımsaq tozu
2 x/q doğranmış şüyüd
1 y/q doğranmış cəfəri

Hazırlanması:
Kinoanı 15 dəqiqə suda qaynadıb süzün. Soyumasını gözləyin. Doğranmış bütün ərzaqlarınızı kinoa ilə bir qaba töküb qarışdırın. Daha sonra çörək suxarisini də buraya əlavə edib əlinizlə yoğurun. Əgər duru alınarsa, biraz da çörək suxarisi əlavə edə bilərsiniz. Daha sonra kotlet formasında hazırlayın və sobanın qabının içinə düzün. Əvvəlcədən 180C dərəcədə qızdırılmış sobada 15 dəqiqə bişirin.
İstəyə uyğun olaraq bu kotletləri zeytun yağında da qızarda bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür