resepti.local » Resept » Monastırsayağı toyuq resepti
Monastırsayağı toyuq resepti

Monastırsayağı toyuq resepti

Mətbəx: Yoxdu
Kateqoriya: toyuq yeməkləri
Porsiya: 2-4

Monastırsayağı toyuq resepti

Tərkibi:
1 kilo toyuq filesi
300 qr. təzə göbələk
2 pomidor
150 qr. holland pendiri

Sousu üçün:
3 x.q. xama
1/4 ç.q. xardal
duz
istiot
1/2 ç.q. kəklikotu

Hazırlanması:
1. Toyuq filəsi eyni qalınlığında kəsilir. Düz və istiot sürtülür.
2. Göbələk nazik doğranılır, bitki yağında qızardılır. Suyu tam çıxmalıdır.
3. Pomidor halqa şəklində doğranılır. Holland pendiri sürtkəcin iri gözündən rəndələnir.
4. Sous üçün lazım olan hər şey qarışdırılır.
4. Soba listi yağlanır və toyuq listə düzülür. Üstünə qızarmış göbələk yığılır və sous çəkilir, daha sonra dilim pomidor düzülür.
5. Evvəlcədən 190 dərəcədə isinmiş sobada 15 dəqiqə bişirilir. Daha sonra üstünə pendir səpilərək 5-10 dəqiqə daha bişirilir.
Əvvəlcədən bişirib, üstünə folqa çəkib sobada saxlıya bilərsiniz. Uzun müddət isti qalacaq.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür