resepti.local » Resept » Porsion Julyen resepti
Porsion Julyen resepti

Porsion Julyen resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 1-2

Porsion Julyen resepti

Tərkibi:
1 kilo toyuq filesi
1 kilo göbələk
2 baş soğan
0,5 lt. qaymaq
2 x.q. un
300 qr. holland pendiri
100 qr. kərə yağı
duz
istiot

Hazırlanması:
1.Toyuq lap xırda xırda doğranılır.
Yağsız tefal tavada 5-8 dəqiqə yüksək atəşdə qızardılır. Qoyuruq qırağa.
2.Xəmin tavaya biraz bitki yağı əlavə edin. Xırda doğranmış soğanı əlavə edin və rəngi dəyişənə kimi qızardın. 3.Göbələyi lap xırda toyuq kimi doğrayın. Soğanın üstünə əlavə edin və göbələyin suyu çəkilənə kimi qovurun. Toyuğu qeri tavaya qaytarın.
4.Başka tavada kərə yağını əridin, üstünə un səpin və yaxşı qarışdırın. Toplar qalamamalıdır.
Qaymağı əlavə edin. Qarışdırın.
5.Qaymaqlı qarışımı göbələkli qarışıma tökün və 5 dəqiqə bir yerdə bişirin.
6.Qablara yığıb üstünə rəndələnmiş pendir səpin.
Əəvvəlcədən isinmiş sobada 10 dəqiqə bişirin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür