resepti.local » Resept » Olivye salatı resepti
Olivye salatı  resepti

Olivye salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: 2-4

Olivye salatı  resepti

Tərkibi:
1 kartof
1/2 qırmızı alma
1 kök
1 duzlu xıyar
1/2 st. yaşıl noxud
100 qr. ət ( niderlandlılar bu salatda donuz əti istifadə edir, mən toyuq əti ilə əvəz elədim)

Sous üçün:
1 x.q. mayonez
1 x.q. qatıq
1/2 ç.q. sirkə
1/2 ç.q bal
1/2 ç.q. xardal
duz
istiot

Bəzək üçün:
1 yumurta
pomidor
şüyüd

Hazırlanması:
1. Birinci sous hazırlanır: sous üçün bütün lazım olanları dərin bir qabda qarışdırırıq.
2. Kartof, yumurta, kök suda bişirilir. Kartof və kök kub şəklində doğranılır.
3. Duzlu xıyar və alma eyni ölçüdə doğranılır
4. Noxud və sous əlavə olunur. Yaxşı qarışdırılır.
5. Salat servis qabına yığılır.
6. Üstünə dörd yerə kəsilmiş yumurta və pomidor düzülür.
Şüyüdlə bəzədilir.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür