resepti.local » Resept » Yaşıl şorba resepti
Yaşıl şorba resepti

Yaşıl şorba resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 1-2

Yaşıl şorba resepti

Tərkibi:
2 böyük dəstə (400 qr.) türşənq və ya ispanaq
1/2 limon (ispanaqla edirsizsə)
1 baş soğan
2 orta kartof
2 lt. toyuq və ya ət bulyonu
yumurta (adam sayına görə)
xama
duz
istiot
2 x.q. bitki yağı

Hazırlanması:
1.Soğanı xırda doğrayıb bitki yağında qızardırıq.
2.Soğanın üstünə bulyon əlavə edirik.
3.Bulyon qaynayan zaman içinə kub doğranılmış kartof əlavə edirik.
4.Kartof bişənə kimi seçdiyiniz göyərtini xırda doğrayın. Kartof hazır olana yaxın göyərtini qazana tökün və 5 dəqiqə bişirin.
5.Duz və istiot əlavə edin.
6.Hazır şorbanı boşqaba töküb içinə yarım yumurta və 1 x.q. xama qoyuruq.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür