resepti.local » Resept » Badımcan ikrası resepti
Badımcan ikrası resepti

Badımcan ikrası resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Badımcan ikrası resepti

Tərkibi:
3 böyük badimcan
2 pomidor
2 bolqar biber
1 böyük kök
2 baş soğan
3 diş sarimsaq
1 x.q. tomat pastası
Duz
Istiot
Sarikok

Hazırlanması:
1.Baş soğanı və sarımsağı xırda kəsirik. Tavaya bitki yağı əlavə edirik və soğanla sarımsağı qovururuq.
2.Kökü sürtkəcdən keçirdib əlavə edirik tavaya.
3.Xırda kəsilmiş boqar bibəri əlavə edirik.
4.Xırda kəsilmiş badımcanı əlavə edirik və qarışdırırıq. Badımcan bütün yağı canına çəkəcək və dibi tuta bilər. Amma əlavə yağ etmirik, çünki sonda badımcan bişəndə yağ üzə çıxacaq.
5.Pomidorların qabığını soyub, xırda kəsin və əlavə edin tavaya.
6.Bir x.q. tomat pastasını 2 x.q. su ilə qarışdırıb əlavə edin tavaya.
7.Duz, istiot, sarıkök səpin və qarışdırın.
8.Qapağı bağlayıb 30-40 dəqiqə bişiririk, arada qarışdırırıq ki, dibi tutmasın.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür