resepti.local » Resept » Cambalaya resepti
Cambalaya resepti

Cambalaya resepti

Cambalaya resepti

Tərkibi:
2 st. uzun düyü
300 qr. toyuq
200 qr. krevet (etməyədə bilərsiz)
1 yaşıl bolqar bibər
1 baş soğan
2 diş sarımsaq
3 pomidor
2 saplaq kərəviz
1 kubik toyuq bulyonu
1/2 ç.q. tmin
1/2 ç.q. oregano
1/2 ç.q. cirə
1/4 ç.q. paprika
1/4 ç.q. curry
istiot
günəbaxan yağı

Hazırlanması:
1.Toyuğu xırda tikələrə kəsirik. Günəbaxan yağında qızarmağa qoyuruq.
2.Soğanı, sarımsağı xırda kəsib əlavə edirik toyuğa.
3.Bolqar bibəri, kərəvizi xırda doğrayıb əlavə edirik toyuğa.
4.Pomirun qabığını soyub əlavə edirik toyuğa.
5.Bütün ədviyyatları əlavə edirik.
6.Düyünü yuyuruq, ağ suyu tam çəkilsin.
7.Düyünü düzürük qızardığımız tərəvəzdi toyuğa.
8.Toyuq bulyonu kubiki 1,5 st. suda qarışdırırıq. Əlavə edirik düyünün üstünə. Qapağı bağlayıb 15 dəqiqə bişiririk. Suyu tam çəkiləndə altını keçirdib 30 dəqiqə qapağı bağlı saxlayın.
9.Servis edən zaman üstünə cəfəri doğrayın və yanına limon qoyun.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür