resepti.local » Resept » Şəkərsiz bananlı keks resepti
Şəkərsiz bananlı keks resepti

Şəkərsiz bananlı keks resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Şəkərsiz bananlı keks resepti

Tərkibi:
30 sm uzun soba qabı
4 ədəd xurma
2 x.q. qara kişmiş
2 x.q. ağ kişmiş
6 ədəd ərik qurusu
1/2 st. bitki yağı
4 yumurta
4 banan
1 st. un
1 ç.q. qabartma tozu
1/2 ç.q. darçın

Hazırlanması:
1.Xurmanın tumunu çıxardın.
Bütün quru meyvələri mətbəx robotuna əlavə edin. Üstünə bitki yağın bir qismini əlavə edin. Və tam sıyıq formasına gələnə gədər mətbəx robotunu çalışdırın. (Blendordan keçirmək mümkün deyil çalışmışam Mətbəx robotu yoxdursa ət çəkən maşından keçirdə bilərsiniz.)
2. Bananı çəngəllə əzib əlavə edirik quru meyvə qarışımına.
3.Yumurtaları bir qaba vurub mikserlə ağarana gədər çalın.
Yağ əlavə edin və birdə çalın.
4.Quru meyvələr qarışımını yumurtaya əlavə edirik. Üstünə ələnmiş unu, qabartma tozunu və darçını tökürük.
Hamısını yaxşı qarışdırırıq.
5.Yağlanmış soba qabına tökürük.
6.əvvəlcədən 180 dərəcəyə qədər isinmiş sobada 40-50 dəqiqə bişiririk. Soba mütləq əvvəldən isinmiş olmalıdır yoxsa keks alınmayacaq. Bişmiş keksı çoplə yoxlayın və elə sobada soyumasına imkan verin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür