resepti.local » Resept » Ratatouille resepti
Ratatouille resepti

Ratatouille resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 1-2

Ratatouille resepti

Tərkibi:
1 kabaçok
2 badımcan
5 pomidor
1 diş sarımsaq
təzə cəfəri
duz
istiot
4 x.q. bitki yağı

Sous üçün:
300 qr. pomidor öz sokunda
1 baş soğan
1 qırmızı bolqar bibər
cəfəri
bitki yağı

Hazırlanması:
1.ƏBirinci olaraq sousumuzu hazırlayaq. Baş soğanı xırda doğrayırıq. Tavaya yağ əlavə edib qızardırıq.
Rəngi dəyişəndə xırda doğranmış bibər əlavə edirik. Bir yerdə 5 dəqiqə qovurub pomidoru əlavə edirik və 15 dəqiqə bağlı qapaqla bişiririk.
Sonda duz, istiot, xırda doğranmış cəfəri əlavə edirik və altını keçirdirik.
2.Badımcanının acıdırsa mütləq acılığını çıxardın.
3.Badımcanı, kabaçoku, pomidoru qabığı soyulmamış eyni olçudə halqa şəklində kəsirik.
4.Soba qabına hazırladığımız sousun yarısını tökürük. Üstünə tərəvəzləri növbələyirik: badımcan, kabaçok, pomidor və beləcə qab dolmayana qədər. (Yığılmağını storeda paylaşacan). 5.Sarımsağı və cəfərini xırda doğrayırıq. Tərəvəzlərin üstünə səpirik.
6.ƏSobanı əvvəlcədən 180 dərəcə isidin və tərəvəzləri yerləşdirin. Üstünü ağ soba kağızı ilə örtün və 1 saat bişirin.
7.Sousun qalan ikinci hissəsiylə servis edin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür