resepti.local » Resept » Vişisuaz resepti
Vişisuaz resepti

Vişisuaz resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Vişisuaz resepti

Tərkibi:
2 porey soğanı (pirasa, yalnız ağ hissəsi)
1 baş soğan
500 qr. kartof
1 lt. toyuq bulyonu
1 x.q. kərə yağı
200 ml. süd və ya qaymaq
duz
istiot
hind qozu (muskat tozu)

Hazırlanması:
1.Dərin və qalın qazanda kərə yağını əridirik.
2.İki növ soğanı kəsirik və kərə yağında 5 dəqiqə ərzində yaxşı qovururuq.
3.Kartofu soyub kub şəklində doğrayırıq. Soğanın yanına əlavə edib 3-4 dəqiqə bir yerdə qovururuq.
4.Toyuq bulyonunu əlavə edirik, qaynayandan sonra 20-25 dəqiqə kartof bişənə kimi bişiririk.
5.Duz, istiot, hind qozu əlavə edirik.
6.Şorbamızı blendordan keçirdirk.
7.İçinə soyuq süd və ya qaymaq əlavə edirik.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür