resepti.local » Resept » Kabaklı yay şorbası resepti
Kabaklı yay şorbası resepti

Kabaklı yay şorbası resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: 1-2

Kabaklı yay şorbası resepti

Tərkibi:
2 kabak
1 porey soğanı (pirasa, olmasa adi baş soğan)
1 dolu olmayan x.q. kərə yağı
200 ml. qaymaq
3 st. su
1 təzə xıyar
şüyüd
duz
istiot

Hazırlanması:
1.Porey soğanın ağ hissəsi bizə lazım olacaq. Ağ hissəsini xırda doğrayırıq.
2.Dərin qazanda kərə yağı əridib doğranmış porey soğanını 5 dəqiqə qovururuq.
3.Kabakların qabığını soyaraq doğrayırıq. Soğanın üstünə əlavə edib 5 dəqiqə bir yerdə qovururuq.
4.Qaynar 3 st. suyu qazana tökürük. Qapağını bağlayaraq 15 dəqiqə bişiririk.
5.Blendordan keçirdirik şorbamızı və qırağa qoyub soyuduruq.
6.Bu zaman şüyüdü xırda doğrayırıq. Xıyarın qabığını soyub doğrayırıq.
7.Soyumuş şorbaya xıyarı və şüyüdü əlavə edirik. Bir daha hamısını blendordan keçirdirik
8.Qaymaq əlavə edirik.
9.Duz və istiot zövgə görə səpirik və yaxşı qarışdırırıq.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür