resepti.local » Resept » Bişmiş tərəvəzli və badımcanlı salat resepti
Bişmiş tərəvəzli və badımcanlı salat resepti

Bişmiş tərəvəzli və badımcanlı salat resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Bişmiş tərəvəzli və badımcanlı salat resepti

Tərkibi:
2 orta ölçülü badımcan (300qr)
1 ədəd baş soğan
200 qr. pomidor
2 diş sarımsaq
150 qr. şirin bibər
Bitki yağı
1 xörək qaşığı limon suyu
Duz (damaq dadına görə)
Cəfəri və reyhan (damaq dadına görə)

Hazırlanması:
Badımcan yuyulur, təmizlənir və kiçik tikələrə doğranılır. Duzlanır və 1 saatlıq kənara qoyulur. Bir saat keçdikdən sonra badımcanlar sıxılır, yuyulur və bir daha sıxılır. Sonra günəbaxan yağında yaxşıca qızardılır, artıq yağ hopsun deyə salfetin üstünə düzülür. Qalan tərəvəzlər 15-20 dəqiqə 180 dərəcəli sobada saxlanılır. Pomidor və bibərin qabığı soyulur. Soğan və sarımsaqla birlikdə xırda-xırda doğranılır. Qızardılmış badımcan, pörtlədilmiş tərəvəz və doğranmış göyərtiyə 1 xörək qaşığı limon suyu, 2 xörək qaşığı bitki yağı, xırda doğranılmış sarımsaq, yarım çay qaşığı duz əlavə olunur və yaxşıca qatışdırılır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür