resepti.local » Resept » Can ətindən pendirli rulet qızardılmış kartofla resepti
Can ətindən pendirli rulet qızardılmış kartofla resepti

Can ətindən pendirli rulet qızardılmış kartofla resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 1-2

Can ətindən pendirli rulet qızardılmış kartofla resepti

Tərkibi:
can əti,
qauda pendiri,
üyüdülmüş suxari,
yumurta,
un,
kartof,
şüyüd,
şirin çili sousu

Hazırlanması:
1.Əti qablaşdırmadan çıxardın və salfetlə qurudun. Döyülmüş ətə duz və istiot əlavə edin və doğrama taxtasına yerləşdirin. Ətin qırağına nəzik doğranmış qauda pendiri qoyun, rulet şəkilində bükün və 3 hissəyə bölərək kəsin.

2.Yumurtanı qırın və çəngəl ilə çalın. 2 boşqab hazırlayın. Birinə un, digərinə isə üyüdülmüş suxarinı tökün.

3.Ruletləri bir-bir əvvəlcə una, sonra yumurtaya və daha sonra suxariyə batırın. Prosesi iki dəfə təkrarlayın. Ruletləri 5 dəqiqəlik soyuducuya yerləşdirin.

4.Kartofu yuyun, halqavari doğrayın və orta odda qızdırılmış tavada yağ ilə qızardın.

5.Sonra dərin tavada yağ əlavə edərək orta-zəif odda ruletləri 7-10 dəqiqə ərzində mütəmadi çevirərək qızardın,

6.Boşqaba qızardılmış kartofu qoyun, şüyüdlə bəzəyin. Yanında pendirli ət ruletlərini düzün və üzərinə svit çili sousunu əlavə edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür