resepti.local » Resept » Toyuq şnitseli tərəvəzlərlə resepti
Toyuq şnitseli tərəvəzlərlə resepti

Toyuq şnitseli tərəvəzlərlə resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 1-2

Toyuq şnitseli tərəvəzlərlə resepti

Tərkibi:
toyuq filesi,
un,
toyuq yumurtası,
üyüdülmüş suxari,
dondurulmuş tərəvəzlər,
ədviyyatlar qarışığı

Hazırlanması:
1. Fileni hər iki tərəfdən döyün. Duz və istiotda marinə edin və hər iki tərəfdən una batırın. Yumurtaları qaba sındırın və çəngəl ilə (və ya vençiklə) çalın.

2. Üyüdülmüş suxariləri düz yastı qaba tökün. Döyülmüş fileni undan çıxardın və çalınmış yumurtaya hər iki tərəfdən batırın. Bundan sonra hər tərəfdən üyüdülmüş suxridə hər tərəfdən yaxşıca batırın və 5 dəqiqəlik qırağa qoyun.

3. Orta odda qızdırılmış tavaya yağ əlavə edin, dondurulmuş tərəvəzləri ora boşaldın və tam hazırlanmasına kimi qızardın (3-4 dəqiqə). Tərəvəzləri boşqaba qoyun.

4. Orta odda qızdırılmış tavaya yağ əlavə edin, ehtiyyatla şnitseli (üyüdülmüş suxariyə batırılmış fileni) qoyun və hər iki tərəfdən 3-4 dəqiqə ərzində qızardın. Hər tərəfi ancaq bir dəfə qızardın.

5. Şnitseli boşqaba qoyun və tərəvəzlərlərlə süfrəyə təqdim edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür