resepti.local » Resept » Marinə edilmiş şərq sayağı toyuq qırmızı kartofla resepti
Marinə edilmiş şərq sayağı toyuq qırmızı kartofla resepti

Marinə edilmiş şərq sayağı toyuq qırmızı kartofla resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Marinə edilmiş şərq sayağı toyuq qırmızı kartofla resepti

Tərkibi:
toyuq budu (marinə),
qırmızı kartof,
pomidor çerri,
sarımsaq,
ədviyyat qarışığı,
cəfəri,
fermer sousu

Hazırlanması:
1. Marinə edilmiş toyuq budlarını paketdən çıxardın. Orta alovda qızdırılmış tavaya yağ əlavə edin və toyuqu tavaya yerləşdirin. 3-4 dəqiqə ərzində hər iki tərəfdən qızardın. Toyuq ətini çəngəl ilə 5-6 yerdən deşin, alovu gücünü orta-zəif səviyyəsinə qədər azaldın və daha 5 dəqiqə əırzində hər tərəfli qızardın. Çəngəl ilə əti deşin və qanlı mayenin çıxmamasını yoxlayın. Əgər ət deşildikdə maye axmırsa, demək toyuq hazıtdır..

2. Kartofu yuyun, qurudun və 5 mm enində xalqavari doğrayın (qabığını təmizləməyərək). Yüksək alovda qızdırılmış tavaya yağ əlavə edin və kartofu düzün. 2-3 dəqiqə ərzində hər tərəfdən qızardın. Hazır olduğunu yoxlayın və duzlayın.

3. Toyuqu və kartofu boşqaba qoyun və çerri pomidorları və təzə göyərti ilə bəzəyin. Sousu qabdan sous qabına boşaldın və təamla birlikdə süfrəyə verin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür