resepti.local » Resept » İspanaq yastığında sudak filesi pomidorla resepti
İspanaq yastığında sudak filesi pomidorla resepti

İspanaq yastığında sudak filesi pomidorla resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 1-2

İspanaq yastığında sudak filesi pomidorla resepti

Tərkibi:
sudak filesi,
təzə ispanaq,
baş soğan,
qaymaq,
kərə yağı,
zeytun yağı,
sarımsaq,
limon,
çerri pomidorları

Hazırlanması:
1. İspanağı tamizləyin və axar suda 5-10 dəqiqə ərzində yuyun. Sonra aşsüzənə qoyun və suyunu axıdın.

2. Sudakın filesini paketdən çıxardın. Duzlayın, isriotlayın və limon soku ilə isladın. Fİle rulet şəkilində bükün və hər bir ruleti ortasından şişlə deşin.

3. Orta alovda qızdırılmış tavaya zeytun yağı və kərə yağı əlavə edin. Yağların qarışılığında balıqı hər tərəfdən 2 dəqiqə ərzində qızardın. Qapaqla bağlayın və 2-3 dəqiqə ərzində buharda bişirin.

4. Kərə yağında soğanı şəffav vəziyyətə qədər qızardın.

5. Yuyulmuş ispanağı əlavə edin (öz zövqünüzə görə ispanağı doğranmış və ya yarpaqları doğranmamış qovura bilərsiniz). Hamısını birgə qısa müddət ərzində qovurun - tam o qədər vaxt ki, ispanaq həcmdə azalsın. Qaymaq əlavə edin və qarışdırın ki maye qatlaşsın.Duzlayın, istiotlayın. Döyülmüş və ya bıçaqla əzilmiş sarımsaq əlavə edin. Hamısını birgə bir qədər qızdırın.

6. Boşqaba ispanaq yastığını və ruletləri düzün. Çerri pomidorları ilə bəzəyin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür