resepti.local » Resept » Sobada kartofla qeyri-adi qəlyanaltı resepti
Sobada kartofla qeyri-adi qəlyanaltı resepti

Sobada kartofla qeyri-adi qəlyanaltı resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Sobada kartofla qeyri-adi qəlyanaltı resepti

]Tərkibi:
- 5-6 ədəd kartof
- 5 qaşıq xama
- 2-3 diş sarımsaq
- 100 qr holland pendiri
- keşniş
- duz, istiot

Hazırlanması:
Kartofu kiçik fırça ilə yaxşı yuyun və qabıqlı şəkildə bir qədər duz əlavə olunmuş suda bişirin. Fikir verin ki, kartof dağılmasın!Soyudun, uzununa 2 hissəyə bölün.
Çay qaşığı ilə içərisini oyun və boşqabda xama, xırda doğranmış keşniş, sarımsaq, duz və istiotla yaxşı qarışdırın.Alınmış içliyi kartofun içinə doldurun, üzərinə sürtgəcdən keçirilmiş pendir səpin. Sobanı qabaqcadan 180 C qədər qızdırın, kartofu kərə yağı çəkilmiş tavaya qoyun və sobada pendir əriyənə qədər bişirin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür