resepti.local » Resept » Zəfəranlı südlü vermişel resepti
Zəfəranlı südlü vermişel resepti

Zəfəranlı südlü vermişel resepti

Mətbəx: Milli mətbəx
Porsiya: Yox

Zəfəranlı südlü vermişel resepti

Tərkibi:
yarım st xırda vermişel
1st su
1st süd
1 y.q.şəkər
1cimdik duz
1cimdik zəfəran

Hazırlanması:
Zəfəranı barmaqlarınızın ucuyla ovun. Üstünə isti su və südü tökün, 10 d qoyun dəm alsın ağzı bağlı.
Sonra ocağa qoyun, möhkəm isinəndə duz vurun, vermişeli tökün və dayanmadan qarışdıraraq orta odda 3-4 d bişirin. Vaxtı ötürməyin, çox şişir. Elə ki vermişel bişdi, şəkər vurun, 1 buğum qarışdırın və ocaxdan alın.
Kasələrə tökün, istəyən üstünə bal səpsin, bir damcı kərə yağı vursun.
Mən şəkər və süd/su miqdarını öz ağız dadıma görə verdim, bəlkə sizə şəkər az gələ bilər, ya sıyıq qatı gələ bilər, onda isti süd əlavə edin. 1-2 dəfə bişirənnən sonra əliniz/gözünüz öyrənəcək nə cür istəyirsiz.
Hindlilər bu desertə darçın,hil vururlar, üstünə hindisdan qozu, badəm səpillər.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür