resepti.local » Resept » Coxinha resepti
Coxinha resepti

Coxinha resepti

Mətbəx: Yoxdu
Kateqoriya: qəlyanaltılar
Porsiya: Yox

Coxinha resepti

Tərkibi:
İçlik üçün:

● 2 ədəd toyuq filesi
● 2ədəd soğan
● 1 ədəd yerkökü
● 1 ədəd pomidor
● 2 diş sarımsaq
● yarım dəstədən az cəfəri
● 1 x/qaşığı zeytun yağı
● 1 ç/qaşıq duz,
● 1 ç/qaşıq qara istiot

Xəmir üçün:
● 2 stəkan toyuq suyu
● təqribən 3-4 stəkan un ( apardığı qədər)
● bir çimdik duz

Qızartmaq üçün:
● 1 ədəd yumurta
● 1 x/qaşığı süd
● duru yağ
● suxarı tozu

Hazırlanması:
Əvvəlcə toyuğu qoyun qaynasın.Sonra soğanları,pomidoru,cəfərini xırda doğrayın,sarımsaq və yerkökünü sürtkəcdən keçirin.Bişmiş fileni əlinizlə didin.Hamısını qarışdırıb, zeytun yağını,duz istiotu əlavə edin.İçlik hazır..Bir qaba unu töküb ortasını açın və soyumuş toyuq suyu ilə yoğurun,yağı da əlavə edin.Hazır olmuş xəmiri 10 dəq saxladıqdan sonra təqribən qoz boyda kündələr tutun.Şəkərbura kimi yayın və ortasına içliyi qoyun (şəkili sola çekin,formani göstərmişəm).Sonra xəmiri yuxariya doğru armud formasi alan kimi bağlayın.Bir başqa qabda yumurta,südü qarışdırın.Hazır olmuş xəmiri əvvəlcə yumurta qarışımına sonra suxarıya bulayıb yağda bişirin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür