resepti.local » Resept » Tuna balıqlı sendviç resepti
Tuna balıqlı sendviç resepti

Tuna balıqlı sendviç resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: 2-4

Tuna balıqlı sendviç resepti

Tərkibi:
150 qr konservləşdirilmiş Tuna balığı
3 xörək qaşığı mayonez
1 bibər
1 soğan
duz
istiot
1-2 pomidor
dilimlənmiş çörək
holland pendiri
1 xörək qaşığı limon suyu

Hazırlanması:
Tuna balığını konservdən başqa bir qaba tökürük (yağı və ya suyu süzməyiniz mütləqdir). Bibər və soğanları xırda-xırda doğrayırıq, duz, istiot, limon suyunu və mayonezi də qatıb qarışdırırıq.

Doğranmış çörəklərimizi götürüb qarışımımızı üzərinə yayırıq və daha sonra incə dogranmış pomidorları düzürük. Son addım olaraq, rəndədən keçirdiyimiz holland pendirini əlavə edib sobaya qoyuruq.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür