resepti.local » Resept » Tuna balığından sendviç resepti
Tuna balığından sendviç resepti

Tuna balığından sendviç resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Tuna balığından sendviç resepti

Tərkibi:
Pide çörəyi – 1 ədəd
Kök – 1 ədəd
Tuna balığı (konservləşdirilmiş) – 100 qr
Pomidor – 1 ədəd
Cəfəri
Baş soğan – 1ədəd

Hazırlanması:
Kök yuyulub, sürtgəcin xırda gözündən keçirilir, mayonezlə qarışdırılır. Pide çörəyinin arasına mayonezli kök qarışığı çəkilib üzərinə kahı, tuna balığı, pomidor dilimi (su salmasın deyə içi çıxarılır), xırda doğranmış cəfəri və halqavari doğranılmış baş soğan (Acı və qoxulu olmasın deyə pərdələri çıxarılır, duzda ovxalanaraq acısı çıxarılır, iliq suda yuyulur və suyu tam çəkiləndən sonra sendviçə əlavə olunur. Ona görə də prosesə birinci soğanla başlayın) qoyulub bağlanır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür