resepti.local » Resept » Rəngarəng görünüşü ilə iştah açan tuna balığı salatı resepti
Rəngarəng görünüşü ilə iştah açan tuna balığı salatı resepti

Rəngarəng görünüşü ilə iştah açan tuna balığı salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Rəngarəng görünüşü ilə iştah açan tuna balığı salatı resepti

Tərkibi:
1 ədəd yumurta
150 qr tuna balıq konservi
50 qr qarğıdalı konservi
5-6 ədəd zeytun
1 ədəd xiyar
1 ədəd pomidor
4-5 yarpaq kahı
1 ədəd limon
1 x.q. xardal
duz
limon suyu

Hazırlanması:
İlk öncə kahı yarpaqlarını əlimizlə bölürük. Sonra üzərinə doğranmış pomidor, xiyar, zeytun əlavə edirik. Sonra yumurtanı suda qaynadırıq, 4 yerə bölüb, salatın üzərinə qoyuruq. Tuna balığı və qarğıdalı konservinin suyunu süzüb, üzərinə tökürük əlavə edirik. Kənarda balaca kasada xardal , duz ve limon suyu qarışdırırıq və salatın üzərinə gəzdiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür