resepti.local » Resept » Rəngarəng görünüşü ilə iştah açan ləziz tərəvəzli toyuq yeməyi resepti
Rəngarəng görünüşü ilə iştah açan ləziz tərəvəzli toyuq yeməyi resepti

Rəngarəng görünüşü ilə iştah açan ləziz tərəvəzli toyuq yeməyi resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Rəngarəng görünüşü ilə iştah açan ləziz tərəvəzli toyuq yeməyi resepti

Tərkibi:
1 ədəd toyuq,
3 ədəd soğan,
2 ədəd pomidor,
1 ədəd bolqar bibəri,
2 ədəd rəngli bibər,
1 ədəd acı bibər,
4 diş sarımsaq,
2-3 ədəd kartof,
duz, istiot,
pul bibər,
yağ

Hazırlanması:
Əvvəlcə toyuğu doğrayırırq. Əgər kənd toyuğudursa, suda bişiririk. Broyler toyuğu olduqda isə bişirmirik. Daha sonra soğanı samanvari doğrayıb, tavaya əlavə edirik. Toyuq əti, duz, istiot və yağ tökərək az odda bişməyə qoyururq. Suyu çəkilənə yaxın əvvəlcə xırda doğranmış pomidor, biraz bişdikdən sonra isə kartof əlavə edirik. Tavanın qapağını örtüb, kartof yumuşalıb yağına düşənə kimi az odda bişiririk. *Qeyd. Əgər pomidorun suyu azdırsa, yarım stəkan qaynadılmış su əlavə edirik.

Ayrı bir tavada, bibər və sarımsağı yağda qovururuq. Bişirdiyimiz toyuğun üzərinə əlavə edib, pul bibər səpərək qarışdırırıq.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür