resepti.local » Resept » Qızıl balıqdan sendviç resepti
Qızıl balıqdan sendviç resepti

Qızıl balıqdan sendviç resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Qızıl balıqdan sendviç resepti

Tərkibi:
Qızıl balıq – 100 qr
Pomidor – 1 ədəd
Xiyar – 1 ədəd
Qırmızı baş soğan – 1 ədəd
Cəfəri
Kahı yarpaqları

Kokteyl sousu üçün:
Ketçup – 2 x.q.,
portağal və limon şirəsi – hərəsindən 1 x.q.

Hazırlanması:
Sousu hazırlamaq üçün portağal və limondan şirə sıxılır, üzərinə mayonez və ketçup əlavə edilib qarışdırılır. Çörəyin arası açılır, üzərinə xırda doğranılmış cəfəri səpilir, pomidor dilimləri ( su salmasın deyə içi çıxarılır), parçalara bölünmüş qızıl balıq, kahı yarpağı, halqavari doğranılmış xiyar, baş soğan (Acı və qoxulu olmasın deyə pərdələri çıxarılır, halqavari doğranılır, duzda ovxalanaraq acısı çıxarılır, iliq suda yuyulur və suyu tam çəkiləndən sonra sendviçə əlavə olunur. Ona görə də prosesə birinci soğanla başlayın) və sous əlavə olunub bağlanılır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür