resepti.local » Resept » Çiken sayt spays tərəvəzlə resepti
Çiken sayt spays tərəvəzlə resepti

Çiken sayt spays tərəvəzlə resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 1-2

Çiken sayt spays tərəvəzlə resepti

Tərkibi:
toyuq filesi,
qaymaq,
pul bibər,
nanə,
bolqar bibəri,
baş soğan,
çerri pomidorları

Hazırlanması:
1.Toyuqfilesiniqablaşdırmadan çıxardınvə dördbucaq şəkilində 10 hissəyə doğrayın. Sonra onları şişə keçirdin və üzərinə duz və istiot əlavə edin.

2.Birinci şişi alın, üzərinə nanə səpələyin və əlinizə bir qədər qaymaq sıxaraq, toyuqu qaymaqlayın. Sonra ikinci şişi alın, üzərinə pul bibər səpələyin və eyni qaydada qaymaqlayın. Tavaya bitki yağı tökün və toyuqu orta odda 10 dəqiqə ərzində mütəmadi çevirərək, hər tərəfdən qızardın.

3.Tərəvəzləri yuyun, təmizləyin və başlarını kəsin. Soğan və bolqar bibərini uzunsov şəkildə nazik doğrayın. Qızdırılmış tavaya bitki yağı və bir az kərə yağı əlavə edin. Kərə yağı həll olandan sonra soğanı əlavə edin və 1-2 dəqiqə ərzində yumuşalanadək qızardın. Daha sonra bolqar bibərini əlavə edin və hazır olanadək 5 dəqiqə ərzində qovurmağa davam edin. Qaymağı əlavə edin və bir qədər bişirməyi davam edin. Duz və istiotu öz dadınıza görə qatın.

4.Soğan və bolqar bibərli sousu boşqaba tökün. Onun üzərinə şişləri qoyun və təzə çerri pomidorları ilə bəzəyin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür