resepti.local » Resept » Filette do polo resepti
Filette do polo resepti

Filette do polo resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Filette do polo resepti

Tərkibi:
toyuq filesi,
göbələk,
qaymaq,
soğan,
Tamaşa düyüsü,
süyüd,
reyhan

Hazırlanması:
1. Qazanda suyu qaynadın, 1 litrə 1 ç.q. hesabı ilə duz əlavə edin və düyünü tökün. Düyünü qarışdırın və mütəmadi olaraq hazır olmasını yoxlayın. 10 dəqiqə ərzində bişirin. Düyü hazır olduqdan sonra süzgəcdən suyunu süzün.

2. Toyuq filesini duz və istiotla marinə edin.

3. Orta odda tavanı qızdırın, yağ əlavə edin və fileni tavaya qoyun. Fİleni qızılı rəng alanadək 3-4 dəqiqə ərzində hər tərəfdən qızardın. File hazır olduqdan sonra onu kağız salfeti sərilmiş qaba qoyun ki artıq yağı çəkilsin.

4. Göbələkləri sərbəst doğrayın və qızılı rıəng alanadək tavada 3 dəqiqə ərzində qızardın. Qaymaq əlavə edin, qarışdıraraq duzlayın və istiotlayın, odun gücünü azaldın, doğranmış şüyütü qatın və daha 1-2 dəqiqə ərzində hazırlayın.

5. Fileni boşqaba qoyun, üzərinə hazırlanmış sousu əlavə edin və düyü ilə birlikdə süfrəyə təqdim edin. Təamı reyhanlka bəzəyin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür