resepti.local » Resept » Ən dadlı xiyar marinadının resepti
Ən dadlı xiyar marinadının resepti

Ən dadlı xiyar marinadının resepti

Mətbəx: Yoxdu
Kateqoriya: turşular
Porsiya: Yox

Ən dadlı xiyar marinadının resepti

Tərkibi:
4 ədəd xiyar,
1 ədəd soğan,
400 ml ağ şərab sirkəsi,
2 xörək qaşığı xardal toxumu,
1 xörək qaşığı duz,
30 qr şəkər tozu və 1/2 çay qaşığı sarıkök lazımdır.

Hazırlanması:
Xiyarları yuyun və 3-4 mm qalınlığında halqavari doğrayın. Soğanı da yarımhalqa doğrayın. Balaca qazana şərab sirkəsi, sarıkök, duz, xardal toxumu və şəkər tozu töküb zəif ocaqda qaynadın. Qaynayan marinada doğranmış xiyar və soğanları əlavə edib qaynadın. Ocağın altını söndürüb marinadla birgə xiyarları balaca bankalara bölüşdürün. Qapağını bağlayın və kənara soyuması üçün qoyun. Bankaları soyuducuya yerləşdirin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür