resepti.local » Resept » Ətlə dadlı və doyumlu salat resepti
Ətlə dadlı və doyumlu salat resepti

Ətlə dadlı və doyumlu salat resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Ətlə dadlı və doyumlu salat resepti

Tərkibi:
-150 qr bişmiş mal əti (toyuq filesindən də istifadə etmək olar)
- 200 qr konservləşdirilmiş lobya
- 3 yumurta
- 3 duzlu xiyar
- 1 kiçik baş soğan
- 1-2 diş sarımsaq
- mayonez, duz, istiot

Hazırlanması:
1. Soğanı xırda doğrayın və yağda yumşalana qədər qızardın
2. Ət, xiyar, yumurtanı kub şəklində doğrayın (2 yumurta sarısını saxlayın, salatın özərini bəzəmək üçün)
3. Mayonezə sarımsaq sıxın, qarışdırın.
4. Bütün məhsulları qarışdırın, duz, istiot, sarımsaqlı mayonez əlavə edin, qarışdırın.
5. Salatın üzərini yumurta sarısı ilə bəzəyin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür