resepti.local » Resept » Qu quşu salatı resepti - FOTO RESEPT
Qu quşu salatı resepti - FOTO RESEPT

Qu quşu salatı resepti - FOTO RESEPT

Mətbəx: Avropa mətbəxi
Porsiya: Yox

Qu quşu salatı resepti - FOTO RESEPT

Tərkibi:
150 q mayonez
240 q lobya konservi
3 yerkökü
200 q mal əti
2 marinə edilmiş xiyar
1 baş soğan
10 ədəd göy soğan

bəzək:
1 bolqar bibəri
4 dənəvər istiot
4 yumurta
10 şüyüd budağı

Hazırlanması:
Mal əti, yumurta və yerkökünü ayrı-ayrılıqda suda bişirin.
Yerkökü (birini bəzək üçün saxlayın), yumurta, ət və xiyarı kubik doğrayın. Göy soğanı xırda doğrayın.

Baş soğanı yarımhalqa doğrayıb 1 x.q. sirkə+0,5 x.q. şəkər tozu qarışığında yarım saat saxlayın.

Ət, yumurta, xiyar, yerkökü, göy soğan, suyu süzülmüş baş soğan və lobyanı mayonez qataraq qarışdırın.

Qaba ürək formasında döşəyin. Yerkökünü aypara şəklində doğrayaraq salatın kənarı boyu düzün (bir növ divar kimi).

Bişmiş yumurtadan şəkillərdə gördüyünüz qaydada qu quşları düzəldin. Bərkitmək üçün diş çöpündən istifadə edin.

Salatın üzərini şüyüd və "qu quşları" ilə bəzəyin.

Qu quşu salatı resepti - FOTO RESEPT

















Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür