resepti.local » Resept » Orxideya salatı resepti
Orxideya salatı resepti

Orxideya salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Orxideya salatı resepti

Tərkibi:
300 q toyuq filesi
200 q koreya üsulu yerkökü
3-4 kartof
1 xiyar
2-3 yumurta
100 q marinə edilmiş göbələk
10 q kartof çipsləri
150-200 q mayonez
1 çimdik duz
1 çimdik istiot

Hazırlanması:

"Orxideya" salatının bir neçə hazırlanma qaydası var. Fileni vetçina, marinə edilmiş göbələyi qızardılmışı ilə əvəz etmək olar.

Toyuq ətini suda tam bişirin.

Koreya üsulu yerkökünü azca xırdalayın (Koreya üsulu yerkökünü hazırlamaq üçün 500 q kökü saman kimi doğrayın. Sarımsağı və keşniş toxumunu əzin, duz, qırmızı və qara istiot, duz, 1 çimdik şəkər tozu ilə birlikdə yerkökü ilə qarışdırın. Bir soğanı çox xırda doğrayıb yağda qızardın. Sonra soğanı yağdan çıxarın. Yağı qaynar-qaynar kökün üzərinə gəzdirin. Sonra buna 1,5-2 x.q. sirkə də əlavə edib qarışdırın).

Kartofu suda qabıqlı bişirin.

Yumurtaları suda qaynadın.

Salat qabına öncə xırda doğranmış toyuq ətini döşəyin. Duz-istiot vurub mayonez çəkin.

Kartofu təmizləyib kubik doğrayın, döşəyin. Duz vurub mayonez çəkin.

Marinə edilmiş göbələkləri döşəyin.

Yumurtaları təmizləyin, ağını sarısından ayırın. Yumurta ağlarını sürtgəcdən keçirib göbələyin üstünə döşəyin.

Koreya üsulu yerkökünü döşəyin. Azca mayonez çəkin.

Xiyarı yuyub qurudun, xırda kubik doğrayıb döşəyin.

Salatın üstünə və kənarlarına mayonez çəkin. Soyuducuda minimum 1 saat saxlayın.

Yumurta sarılarını sürtgəcdən keçirin. Kartof çipslərini salatın üstünə çiçək formasında düzün, aralarına yumurta sarısı səpin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür