resepti.local » Resept » Çiyələkli piroq resepti
Çiyələkli piroq resepti

Çiyələkli piroq resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Çiyələkli piroq resepti

Tərkibi:
Çiyələk – 300 qr;
Yumurta – 4 ədəd;
Süd – 100 ml;
Kərə yağı – 250 qr;
Un – 150 qr;
Şəkər- 200 qr;
Vanil tozu – 10 qr;
Qabartma tozu – yarım çay qaşığı;
Duz – 1 çimdik

Hazırlanması:
2 xörək qaşığı şəkər tozunu ayırıb, qalanını 3 ədəd yumurta və kər yağı ilə çalın. Qarışdırarkən ələkdən keçirilmiş un, qabartma, vanil tozu və duz qarışımı əlavə edin. Xəmirin bir balaca hissəsini piroqu bəzəmək üçün kənara qoyun. Qalan xəmiri kərə yağı ilə isladılmış formaya boşaldın. Çiyələyi yuyun, yarpaqlardan təmizləyin və dörd yerə bölün. Hazırlanmış ciyələkləri xəmirin üzərinə basaraq yerləşdirin. Üzərini isə kənara qoyulmuş xəmir ilə dama şəklində bəzəyin. Xəmiri 180 dərəcəlik sobada yarım saat ərzində bişirin. Piroq bişərkən üzərinə tökmək üçün qarışım hazırlayın. Bunun üçün şəkər tozu, 1 ədəd yumurta və südü birlikdə çalın. Yarım saat keçdikdən sonra sobadan piroqu çıxarın və üzərinə qarışımı tökün. Sonda bir dəfə də 20-25 dəqiqəlik piroqu sobada saxlayın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür