resepti.local » Resept » Çiyələkli ürək resepti - FOTO RESEPT
Çiyələkli ürək resepti - FOTO RESEPT

Çiyələkli ürək resepti - FOTO RESEPT

Mətbəx: Yoxdu
Porsiya: 4-6

Çiyələkli ürək resepti - FOTO RESEPT

Tərkibi:
1 bağlama hazır şəkərli xəmir ( yaxud bu reseptdən istifadə edin)
3-4 fincan çiyələk (başqa giləmeyvə ilə də əvəzləyə bilərsiniz)
1/2 st. şəkər tozu
1/2 st. su
3 x.q. qarğıdalı nişastası
1 yumurtanın sarısı

Hazırlanması:
Xəmiri iki yerə bölüb yayın, birini içinə perqament qoyulmuş siniyə döşəyin.
Çiyələkli ürək resepti - FOTO RESEPT

İkincidən isə çoxlu ürəklər kəsin.

İç: çiyələkləri ölçüsünə görə iki və ya dörd yerə bölün, şəkər tozuyla qarışdırın. Nişastanı suyla qarışdırıb ocağın üstünə qoyun, çiyələyi əlavə edin, qaynayıb qatılaşandan sonra götürüb soyudun, formadakı xəmirin üstünə tökün.

Kənarlardan başlayaraq xəmir ürəkləri yanaşı, növbəti sıralarda isə üst-üstə düzün.



Ortasında deşik saxlayın.

Üzərinə yumurta sarısı çəkib şəkər tozu səpin. 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Üzəri qızılı rəng almalıdır.


Belə dadlı hazırlanmış yeməkdən sonra çoxlu çirkli yuyulmalı qab qalacaq. Narahat olmayın, Fairy ilə ən yağlı qabların öhtəsindən belə rahatlıqla gələ biləcəksiniz. – Dadlı.az tövsiyə edir!

http://keyfiyyetserfelidir.az/#promo2

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür