resepti.local » Resept » Mürəbbəli peçenye resepti
Mürəbbəli peçenye resepti

Mürəbbəli peçenye resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Mürəbbəli peçenye resepti

Tərkibi:
Xəmir üçün:

400 q un
200 q kərə yağı və ya marqarin
250 q şəkər tozu
3 yumurta
25 q darçın

İç üçün:
150 q qatı mürəbbə
150 q qoz-fındıq
50 q şəkər pudrası

Hazırlanması:
Unu ələkdən keçirin.
Yumurta sarılarını çalın.
Unun ortasında çala açın, çalınmış yumurtaları, şəkər tozu, yumşaldılmış yağ, bir çimdik duz vurun. Yaxşıca qarışdırın, darçın əlavə edin. Əlüstü yoğurub 30 dəqiqə soyuducuda saxlayın.
Soyuducudan çıxardıqdan sonra yayın, yumru dairələr kəsin. Bir qədəh götürün, altı ilə hərəsinin ortasına basıb çuxur düzəldin. Peçenyenin üzərinə xırdalanmış qoz-fındıq səpin, ortasındakı çalaya isə qatı mürəbbə qoyun (axmasın deyə çox qoymayın).
220 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Peçenye sinidə soyumalıdır. Soyumamış çıxarsanız, ovulub töküləcək.
Üzərinə şəkər pudrası səpin.

Belə dadlı hazırlanmış yeməkdən sonra çoxlu çirkli yuyulmalı qab qalacaq. Narahat olmayın, Fairy ilə ən yağlı qabların öhtəsindən belə rahatlıqla gələ biləcəksiniz. – Dadlı.az tövsiyə edir!

http://keyfiyyetserfelidir.az/#promo2

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür