resepti.local » Resept » Türk mantısı resepti
Türk mantısı resepti

Türk mantısı resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: 2-4

Türk mantısı resepti

Tərkibi:
Xəmir üçün:
2 st. un
1 yumurta
1/2 st. su
duz

İçlik:
150 qr. ət (çəkilmiş)
1 baş soğan (çəkilmiş)
duz
istiot
zövgə görə pul bibər

Üstü üçün:
qatıq
sarımsaq

Sous üçün:
2 x.q. kərə yağı
1 x.q. günəbaxan yağı
1 x.q. tomat pastası
1/2 ç.q. quru nanə
1 ç.q. paprika (şirin bibər ədviyyatı)

Hazırlanması:
Eyni düşbərə qaydasında edilir. Yalnız başka cür bükülür. İki ucundan tutub ortaya gətirilir və sıxılır. Suda bişirib, süzün. Boşqaba töküb sarımsaqlı qatığı üstə tökün.
Sousu bişirin. Kərə yağını tavada əridib günəbaxan yağ əlavə edin. Yağlar qızanda içinə nanə, paprika, tomat əlavə edib qızardın. Ən sonda mantının üstünə tökün.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür