resepti.local » Resept » Gül kələmi mantısı resepti
Gül kələmi mantısı resepti

Gül kələmi mantısı resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Gül kələmi mantısı resepti

Tərkibi:
1 gül kələm
250 qr. çəkilmiş mal əti
2 baş soğan
2 x.q. tomat pastası
1 ç.q. quru nanə
1/2 ç.q. paprika

Sous:
Qatıq
Sarımsaq

Hazırlanması:
Gül kələmini bölürük və duzlu, limonlu suda bişiririk. Bişəndə süzürük süzqəcə.
Baş soğanı xırda kəsib günəbaxan yağında qızardırıq. İçinə əti əlavə edirik bir yerdə qızardırıq. Tomat pastası və ədviyyatları əlavə edirik. Ət yağa düşəndə altını keçirdirik.
Sarımsaq qatıq hazırlayırıq.
Əvvəlcə boşqaba bişmiş gül kələmk düzürük üstən sous tökürük və ən sonda boşqaba ət qoyuruq.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür