resepti.local » Resept » Ən asan hazırlanan çizkeyk resepti - FOTO RESEPT
Ən asan hazırlanan çizkeyk resepti - FOTO RESEPT

Ən asan hazırlanan çizkeyk resepti - FOTO RESEPT

Mətbəx: Yoxdu
Porsiya: Yox

Ən asan hazırlanan çizkeyk resepti - FOTO RESEPT

Tərkibi:
2,5 stəkan un
2 stəkan şəkər tozu
200 qr kərə yağı
4 ədəd yumurta
600 qr kəsmik
0,5 çay qaşığı soda
1,5 qr vanil

Hazırlanması:
Bir qabda un, 1 stəkan şəkər tozu, soda və kərə yağını əlinizlə ovuşdurun. Unlu ovuntunun 1/3 hissəsini diametri 20-22 sm olan formaya (kənarları açılan) əlinizlə basaraq formanın ortasına və kənarlarına yayın.

İçlik üçün kəsmik, yumurta, vanil 1 stəkan şəkər tozunu mikserlə yaxşıca çırpın. Kəsmikli kütləni formaya yayılmış unlu ovuntunun üstünə tökün. Qalan unlu ovuntunu da içliyin üzərinə səpin. Əvvəlcədən 180 dərəcə qızıdırlmış sobada 35-40 dəqiqə bişirin. Çizkeyki sobadan götürün və soyuması üçün kənara qoyun. Formanın kənarlarını açın və dilimləyərək süfrəyə verin. Zövqə görə üzərini giləmeyvə, meyvəli sous və ya şokoladla bəzəyə bilərsiniz.

Ən asan hazırlanan çizkeyk resepti - FOTO RESEPT















Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür