resepti.local » Resept » Zoğallı plov resepti
Zoğallı plov resepti

Zoğallı plov resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Zoğallı plov resepti

Tərkibi:
Plov üçün:
3 st uzun düyü,
1 st zoğal,
zəfəran,
su,
duz

Qazmaq üçün:
yumurta,
qatıq,
kərə yağı,
un,
duz

Hazırlanması:
Plov üçün düyünü əvvəlcədən isladıb, 6-7 saat suda saxlayırıq. Qaynanmış suya duz və islatdığımız düyünü əlavə edib, bişiririk. Düyü bişdikdən sonra aşsüzəndən süzürük. Qazmaq üçün qeyd olunmuş ərzaqlardan xəmir yoğururuq. Xəmiri qazanın dibinə yayıb, yağlayırıq. Düyünü qazana töküb, üzərində yağ gəzdiririk. Zoğalları qazana əlavə edib, qarışdırırıq və 1 saatlıq dəmə qoyuruq. Servis edən zaman qazmaqları istənilən formada kəsib plovun üzərinə yerləşdiririk. *Qeyd. Zövqə görə ayrıca kişmiş, qaysı və şabalıd bişirib, plovun üstünə əlavə etmək olar.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür