resepti.local » Resept » Döşəməli aş resepti
Döşəməli aş resepti

Döşəməli aş resepti

Mətbəx: Milli mətbəx
Porsiya: 2-4

Döşəməli aş resepti

Tərkibi:
1 ədəd toyuq,
1 kq düyü,
1 baş soğan,
zoğal,
duz,
şabalıd, kişmiş, qaysı

Qazmaq üçün:
qatıq,
düyü,
1 ədəd yumurta

Hazırlanması:
Əvvəlcə toyuğu doğrayıb, hissələrə ayırırıq. Üzərinə doğranmış soğan, zoğal və duz əlavə edib, qarışdırırıq. Bir müddət gözlədirik.

Düyünü 2-3 saat əvvəldən suda islatmaq lazımdır. Qaynanmış suya duz və islatdığımız düyünü əlavə edib, bişiririk. Düyü bişdikdən sonra aşsüzəndən süzürük.

Qazmaq üçün qatıq, düyü və yumurtanı qarışdırıb, qazanın dibinə tökürük. Daha sonra toyuq tikələrini düzürük. Son olaraq şabalıdları əlavə edib, üzərindən bişmş düyünü tökürük və dəmə qoyuruq.

Ayrı bir qabda kişmiş və qaysını yağda qovururuq. Süfrəyə verən zaman aşın üzərinə əlavə edərək, servis edə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür