resepti.local » Resept » Sobada balıq resepti
Sobada balıq resepti

Sobada balıq resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Sobada balıq resepti

Tərkibi:
*Sümüyü az olan istənilən balıq növü
*limon şirəsi;
*Zeytun yağı;
*Xırda doğranılmış şüyüd;
*İstiot (ağ istiot daha münasibdir);
*Dəniz duzu;
*Xırda doğranmış baş soğan.

Qarnir üçün:
*Gül kələm;
*Brokkoli;
*Kartof.

Sous:
*Ərinmiş kərə yağı;
*Sarımsaq, limon şirəsi;
*Şüyüd;
*Göy soğan.

Hazırlanması:
Balıq marinada gecəlik soyuducuda qoyulur.

Marinaddan çıxarılıb 20-25 dəqiqə 180 dərəcədə qapaqsız sobaya qoyulur.

Sobadan çıxarılandan sonra 5-10 dəqiqəlik qapağı ağzına qoyulur.

Qarnir kimi soyutma kartof, gül kələm və brokkoli verilir.

Balığın üzərinə sous tökülür və süfrəyə qoyulur.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür