resepti.local » Resept » Cücə kababı resepti
Cücə kababı resepti

Cücə kababı resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 1-2

Cücə kababı resepti

Tərkibi:
Hər pay üçün:

cücə,
10 q xama,
15 q limon yaxud 25 q narşərab,
30 q baş soğan,
25 q keşniş və cəfəri,
istiot
duz.

Hazırlanması:
İlk emaldan keçirilmiş cücə iki hissəyə bölünür, istiot və duz vurulub şişə taxılır, xama ilə isladılır və manqalda közərmiş kömür üzərində qızardılır. Bu zaman şişlər arasıkəsilmədən çevrilir. Hazır vəziyyətə gətirildikdən sonra cücə şişdən çıxardılıb boşqaba qoyulur və yanına qarnir yerində halqavarı doğranmış baş soğan düzülür. Ayrıca da süfrəyə narşərab verilir yaxud xörəyin üstünə limon dilimi qoyulur.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür