resepti.local » Resept » Tikə kabab resepti
Tikə kabab resepti

Tikə kabab resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Tikə kabab resepti

Tərkibi:
adambaşına 350 q qoyun əti
1 baş soğan
10 q cəfəri, reyhan
3 q sumaq və ya 5 q narşərab
duz/istiot

Hazırlanması:
Tikə kabab üçün qoyun cəmdəyinin bel, yaxud bud hissəsindən 35-40 q-lıq tikələr kəsilib şişə taxılır. Üzərinə duz səpilir və manqalda közərmiş kömür üzərində qızardılır. Kömür alovlanmasın deyə ona duzlu su çilənir.

Ət şişə taxılan zaman həm yağlı həmdə yağsız tikələr götürülməlidir. Ətin bir qaydada qızarmasına fikir verilməlidir, şişlər arabir çevrilməlidir.

Tikə kabab hazır olan kimi süfrəyə verilməlidir. Üzərinə halqavari şəkildə doğranmış baş soğan, habelə çöp şəklində doğranmış göy soğan və keşniş tökülüb süfrəyə verilir. Bundan başqa yanına bir neçə dilim limon yaxud narşərab, sumaq, dpyülmüş istiot və duz qoyulur. Yay mövsümündə tikə kababın hər payına 100 q şişdə qızardılmış pomidor da əlavə edilir.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür