resepti.local » Resept » Toyuq kababı resepti
Toyuq kababı resepti

Toyuq kababı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: kabablar
Porsiya: Yox

Toyuq kababı resepti

Tərkibi:
2 dənə toyuq sinəsi
1 dənə quru soğan
Yarım dəstə cəfəri
2 diş sarımsaq
1 dənə yumurtanın ağı
2 xörək qaşığı un
Duz
Qara bibər
Kimyon

Hazırlanması:
Əvvəlcə toyuğun sinə ətini mətbəx robotunda qıyma edək, soğanı rəndələyək, cəfərini ayırd edib yuyaq incə-incə doğrayaq. Sarımsağı təmizləyib əzək. Bütün vəsaiti qarışdırma qabına əlavə edək, üzərinə yumurta ağı, unu, qara bibəri duzu və kimyonu əlavə edək və yaxşıca yoğuraq.
Sobanı yandıraq, hazırladığımız içliyi çöp şişlərə əlimizin köməyi ilə keçirək sobada bişməyə buraxaq.
Kababımız hazır olduğunda qızarmış kartofla servisə təqdim edə bilərik.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür