resepti.local » Resept » İce tea (soyuq çay) resepti
İce tea (soyuq çay) resepti

İce tea (soyuq çay) resepti

Mətbəx: Yoxdu
Kateqoriya: i̇çkilər
Porsiya: Yox

İce tea (soyuq çay) resepti

Tərkibi:
1 limon
4 saplaq nanə
6 x.q. dəm
1,5 lt. su
3 x.q. agave siropu

Hazırlanması:
1.Əvvəl hər zaman dəmləndiyiniz çayı dəmləyin, yaxşı dəmlənsin. İçinə zövgə görə zəncəfil, qərənfil və s. əlavə edə bilərsiz.
2.Şirinliy vermək üçün şəkər tozundan istifadə etmək olar. Amma daha yaxşı olar ki, baldan və bio siroplardan istifadə edəsiz. Mən Agave siropundan istifadə edirəm. Mürəbbə suyuda köməyinizə çata bilər.
3.İstəyə görə içinə meyvə, giləmeyvə, laym, limon və nanə əlavə edə bilərsiz.
4.Dəmlə qarışdığınız su otaq temperaturunda olmalıdır.
5.İliq və hazır ice tea soyuducuya qoymağa tələsməyin, tam soyuyandan sonra soyuducuya qoyun. Əks halda suyu bulanıq olacaq.
6. Hazır buzu soyuducudan çıxardığınız zaman əlavə edin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür