resepti.local » Resept » Avokadolu-tərxunlu tarator şorbası resepti
Avokadolu-tərxunlu tarator şorbası resepti

Avokadolu-tərxunlu tarator şorbası resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 4-6

Avokadolu-tərxunlu tarator şorbası resepti

Tərkibi:
1 dəstə tərxun
1 l qatıq
1 çimdik duz
1 x.q. qoz ləpəsi
100 ml qazlı su
1 avokado
1 xiyar
1 x.q. zeytun yağı
2 diş sarımsaq
(1 payın enerji dəyəri: 289 kkal)

Hazırlanması:
Avokadonu iki bölün, dənəsini çıxarın, qabığını təmizləyin, lətini nazik dilimlərə doğrayın. Üstünə zeytun yağı çiləyin.

Xiyarın qabığını soyub çox xırda doğrayın.

Qozu bıçaqla xırdalayın.

Tərxunu əlinizlə iri doğrayın.

Sarımsağı təmizləyib xırdalayın.

Qoz, xiyar, tərxun və sarımsağı bir ləyənə tökün, duz vurub qarışdırın. Qatığı su ilə qarışdırın, ləyəndəkilərin üstünə tökün. 10 dəqiqə saxlayandan sonra boşqablara çəkin, üstünə avokado dilimlərini düzün.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür